Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Strasburq Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti 2024/2025-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə magistraturaya tələbə qəbulunu elan edir:

  • Verilənlər Elmləri və Süni İntellekt (Data Sciences and Artificial Intelligence)
  • Geoelmlər (Geosciences)
  • Fiziki Kimya və Kimya mühəndisliyi (Physical Chemistry and Chemical Engineering)
  • Su ehtiyatlarının idarə olunması (Water Resources Management)

Qeydiyyat 15 İyul tarixinə qədər davam edəcək.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Strasburq Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti 2024/2025-ci tədris ili üçün aşağıdakı ixtisaslar üzrə tələbə qəbulunu elan edir:

  • Kompüter elmləri
  • Kimya mühəndisliyi
  • Geofizika mühəndisliyi
  • Neft-qaz mühəndisliyi
  • Kimya - yeni

Qəbul təqvimi: 

  • Onlayn qeydiyyat mərhələsi: 29 May - 28 İyul
  • Qəbul imtahanı: 31 İyul
  • Nəticələrin elan olması: 2 Avqust
  • Yekun siyahının hazırlanması: 8 - 9 Avqust